Logo

BLOQ

BLOQ
Post Image

Tolik ile Semimi – Sevil Sevinc (19.04.2019)

Post Image

Tarix ile Semimi – Emil Rehmanoglu (Tolik ilə Səmimi)

Post Image

Tarix ile Semimi – Metanet Esedova (Tolik ilə Səmimi)

Post Image

Tarix ile Semimi – Bahar Letifqizi (Tolik ilə Səmimi)

HAQQIMDA

HAQQIMDA

Tarix Tahir oğlu Əliyev 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. Atası Tahir Tarix oğlu Əliyev neftçidir. Anası Sara Heybət qızı Cəfərova qarmon müəlliməsidir. 1986-cı ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 141 nömrəli məktəbin 1-ci sinfinə daxil olur. Daha sonra orta təhsilini 146 nömrəli məktəbdə davam etdirir. Bir dəfə, 1998-ci ildə ailəli olub, 1 il sonra isə boşanıb. 2002-2004-cü illərdə Almaniyada müvəqqəti yaşadığı dövrdə Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan diasporasının təşkil etdiyi tədbirlərdə iştirak edib. 2004-cü ildən, Azərbaycana qayıtdığı gündən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP-ın Pirallahı rayon təşkilatının tədbirlərində fəal iştirakına görə fəxri fərmana layiq görülüb. 2007-ci ildə Novosibirsk şəhərində konsert təşkil edib və Azərbaycan diasporası tərəfindən fəxri diploma layiq görülüb.

İlk olaraq müğənni əməkdar artist Röya Ayxanla əməkdaşlıq edir. Röya ilə çalışdığı müddət ərzində Röyanın "Şəfa" stadionunda, Dənizkənarı Milli Park - Bulvarda, Heydər Əliyev adına Sarayda, Gəncə şəhərində və Azərbaycanın digər bölgələrində konsertlərini təşkil edib. 6 illik birgə fəaliyyətdən sonra tərəflər yollarını ayırıblar. Bundan sonra azərbaycanlı tanınmış müğənni Rəqsanə İsmayılova ilə bir çox layihələr təşkil edir və məhz Rəqsanənin məşhurlaşmasında Tolikin çox böyük rolu olub. Daha sonra Sevda Yəhyayeva, Sevil Sevinc Səfərova bacıları, Natəvan Həbibi, İlhamə Quliyeva ilə bir çox lahiyələr gerçəkləşdirib. S. Yəhyayevanın Yaşıl Teatrdakı, E. Hüseynəliyev və S. Yəhyayevanın H. Əliyev sarayındakı konsertlərinin təşkilatçısı olub. Fasilələrlə Azərbaycanın Xalq Artisti Aygün Kazımova ilə çalışıb. A. Kazımıova ilə də bir çox layihəyə imza atıb. Belə ki, xalq artistinin Tofiq Bəhramov adına stadionda konsertinin təşkilatçısı olub. Hal-hazırda Elton Hüseynəliyev ilə çalışır. 2013-cü ildə Yunanıstanın Saloniki şəhərində Avropa Gənclər Forumunun baş assambleyasının beynəlxalq münsiflər heyətinin qərarı ilə Gəncə şəhəri "2016 - Avropa Gənclər Şəhəri" seçilib. Bu tədbirin açılış konserti ilə bədii hissənin təşkilatçısı və prodüserlik vəzifəsini icra edib. 2017-ci ildə Qazaxıstanın Aktao şəhərində Azərbaycanın baş konsulunun Azərbaycan və Qazaxıstan dövlətlərarası diplomatik əlaqələr münasibətilə təşkil etdiyi konsertin təşkilatçısı olub və həmin konserti təşkilinə görə fəxri diploma layiq görülüb. 2017-ci ildə Gəncə şəhərinin Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert aparan artist kimi fəaliyyət göstərib. Gəncədə Heydər Əliyevin doğum günü münasibətilə baş tutmuş konsertin təşkilatçısı olub. Həmin konsertdə Türkiyənin tanınmış müğənniləri Fərhad Göçər, Mustafa Ceceli və Hadisə çıxış edib. Müxtəlif vaxtlarda Gəncədə bir çox konsertlərin təşkilatçısı olub. Təşkil olunan həmin konsertlərin fəxri qonaqları Aleksandr Stan, Andrey Rıbak və b. olub. 2017-ci ildə Lider TV-də yayımlanan "Bu bizik, Toliklə" musiqili proqramının layihə rəhbəri və aparıcısı olub. 2018-ci ilin yanvar ayından Xəzər TV-də yayımlanan "Hər Şey Daxil" verlişinin layihə rəhbəri və aparıcısıdır.

MÜKAFATLARIM

MÜKAFATLARIM
2007
Azərbaycan diasporası – Novosibirsk şəhərində təşkil etdiyi konsertə görə
fəxri diplom
2009
“Qrand Müstəqil Milli-İctimai Mükafatı”
"İlin Prodüseri"
2010
“Qrand Müstəqil Milli-İctimai Mükafatı”
"İlin Prodüseri"
2011
“Məlahətli Ana”
"Xeyriyyəçilik fəaliyyətinə görə"
2012
“Star-2012”
"İlin Peşəkar Prodüseri"
2012
“Qrand Müstəqil Milli-İctimai Mükafatı”
"İlin Prodüseri"
Ardına Bax

ƏLAQƏ

ƏLAQƏ

INSTAGRAM

INSTAGRAM
Instagram image
98
Instagram image
377
Instagram image
289
Instagram image
53
Instagram image
131

.